Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Günlərdir qar xəbərdarlığı verilsə də, Bakıya sulu qar yağır.
Temperatur isə 0-dərəcədən yuxadırır.Bəs Bak nə vaxt ağ örpəyə bürünəcək?Demokrat.az saytı xəbər verir ki, paytaxtda və Abşeron yarımadasında qış aylarında daha çox sulu qar və qısamüddətli qarın müşahidə olunacağı gözlənilir.
Yanvarın ortalarından, xüsusilə də ayın 21-dək olan müddətdə havanın temperaturunun 0-3 dərəcə isti arasında dəyişəcəyi proqnozlaşdırılır ki, bu da yağan qarın yerdə qalmadan dərhal əriməsinə səbəb olacaq.Beynəlxalq meteo-modellərin proqnozuna əsasən, fevral ayında, konkret olaraq 15-22 tarixləri aralığında paytaxta daha ciddi soyuq hava kütlələrinin daxil olması gözlənilir.
Həmin günlərdə qar bir neçə gün davam edə bilsə də, Bakının dəniz səviyyəsindəki mülayim iqlim xüsusiyyətləri qalın qar təbəqəsinin yaranmasına imkan verməyəcək.
Ümumilikdə, bu qış mövsümü sərt şaxtalarla deyil, dəyişkən və mülayim temperatur dalğaları ilə yadda qalacaq.Bakının coğrafi mövqeyi temperaturun uzun müddət sıfır dərəcədən aşağı düşməsinə mane olur.
Qarın yerdə uzunmüddətli qalması üçün lazım olan stabil şaxtalı hava şəraiti Bakıda adətən cəmi bir neçə saat davam edir.
Bu səbəbdən də qar örtüyü yalnız şəhərin yüksək nöqtələrində və kənar qəsəbələrdə çox qısa müddətli görünə bilər.
Paytaxtda klassik qış mənzərəsindən çox, sulu qar və yağıntılı hava üstünlük təşkil edəcək.Müasir dövrdə müşahidə olunan qlobal iqlim dəyişiklikləri fonunda Bakıda qarlı günlərin azalması gözlənilən prosesdir.