Bakı nə zaman qışa hazır olacaq? EKSPERTDƏN AÇIQLAMA | Icma.az
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bakının qış hazırlıqlarında həmişə problemlər olub.
Yağışlar və ilk qar yağan kimi ortaya çıxan problemlər Bakının və ümumiyyətlə, ölkənin payız və qış mövsümünə hazır olmadığını üzə çıxarır.
Qar yağmadan əvvəl "Bakı qışa hazırdı" deyilirdi. Lakin indiki şərait və olanlar bunun əksini göstərir.
Bakı nəqliyyatı və avtomobil yolları nə zaman qışa hazır olacaq?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Big.az”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakını qışa hazırlamaq üçün uzun bir proses və yol keçməliyik.
Çünki yol təsərrüfatını bərbad vəziyyətə salıblar. Yollarımız həqiqətən də təhlükəyə çevrilib, xüsusilə də qarlı havalarda: "Sürücülərimiz a
Avtomobilin texniki vəziyyətini, keyfiyyətli təkərlərdən istifadə etməyi unudurlar. Qarın yağması ilə çox ciddi problemlər ortaya çıxıb.
Bir daha əmin olduq ki, verilən vədlər yalan və şayiədir. Vədin doğru olması üçün ortaya iş qoyulmalı idi. O da göz qarşısındadır.
Tam oxu
Xəbəri oxu