Bakı nın yetirməsi II Liqanın debütantında oynayacaq

21.07.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Növbəti mövsüm II Liqada çıxış edəcək "Qaradağ Lökbatan" daha bir transfer reallaşdırıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Kamal Quliyevin baş məşqçisi olduğu komanda ötən mövsümü "Şəfa"da keçirən Ülvi Quliyevi heyətinə cəlb edib.

Əslən İmişlidən olan 32 yaşlı vinger "Bakı" klubunun yetirməsidir. O, "Lokomotiv Biləcəri", "Turan Tovuz", "Baku Sportinq"də də çıxış edib.

Qeyd edək ki, "Qaradağ Lökbatan" bundan əvvəl I Liqada çıxış edəcək "Şahdağ Qusar"ın 3 oyunçusu - 31 yaşlı qapıçı Rafiq Kərimov, 27 yaşlı yarımmüdafiəçi Vüsal Hüseynov və 13 qolla komandasının ikinci məhsuldar hücumçusu olan Tural Qürbətovla, eləcə də ötən mövsümü "Ordu"da başa vuran 31 yaşlı hücumçu Sabir Allahquliyevlə anlaşıb.  

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью