Bakı Olimpiya Stadionuna qaçırdığı avtomobillə qanunsuz daxil olmaq istədi, həbs edildi

18.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən “Gununsesi.info” – ya bildirilib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью