Bakı Olimpiya Stadionunda keçiriləcək konsert üçün pulsuz avtobus reysləri təşkil olunacaq

30.07.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya ulduzu Castin Timberleykin konsertində iştirak edəcək tamaşaçıların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, həmçinin yollarda sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi avtobuslar ayrılıb.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərin stadion istiqamətində daşınması saat 16:00-dan 20:00-dək metronun “Koroğlu” (Nəqliyyat Mübadilə Mərkəzi), “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarından həyata keçiriləcək. Konsert bitdikdən sonra isə avtobuslar əks istiqamətdə saat 23:00-dan hərəkət edəcək.

Daşımalar ümumilikdə 80 avtobus vasitəsilə və ödənişsiz təşkil olunacaq. Tədbir iştirakçılarına şəxsi avtomobillərdən istifadə etmək əvəzinə avtobuslarla səfər etmələri tövsiyə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью