Bakı Pakistandakı terroru pislədi

12.03.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Pakistanda sərnişin qatarında insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib”.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yaydığı bəyanatda deyilir.

“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyik və terror təhlükəsinin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik”, - deyə məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью