“Bakı potensialımızı üzə çıxardı” Xarici tələbə | Icma.az
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu sözləri AzVision.az -a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin pakistanlı tələbəsi Arib Xan Yam deyib.
Onun fikrincə, həyatı dəyişikliklər olmadan təsəvvür etmək mümkün deyil: - Mən indi dördüncü kursdayam, bir müddət sonra Kəraçiyə qayıtmalı olacağam.
Universiteti çox bəyənirəm, burada yaradıcı potensialımı üzə çıxarmaq imkanı var.
Bundan əlavə, müəllimlər əcnəbi tələbələrə qayğı göstərirlər.
Mənə elə gəlir ki, bu və ya digər universitet haqqında rəy universitet əməkdaşlarının tələbələrə münasibəti əsasında formalaşır.
Müəllim tələbələrə verdiyi biliklərin yaxşı mənimsənilməsində maraqlı olmalıdır. ADNSU-nun müəllimlərində bu keyfiyyət var.
Pakistanlı tələbə onu da əlavə edib ki, həm azərbaycanlılarla, həm də digər əcnəbi tələbələrlə əlaqələri var.
Tam oxu
Xəbəri oxu