Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Dünəndən yağan qar paytaxt həyatını iflic edib.
Vətəndaşlar yollarda baş verən qəzaların qurumların fəaliyyətsizliyi ilə əlaqələndirir.
Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarından Bakı küçələrinin ağ örpəyə bürünməsi həm sürücülərin, həm də piyadaların şəhərdə hərəkətini xeyli çətinləşdirdi.
İcra hakimiyyətlərinin təbiət hadisəsinə çevik reaksiya verməməsi şəhər sakinlərinin gərəkən ünvanlara çatmasına mane olur, səkilərdə, yollarda yıxılanlar ən yaxşı halda yüngül xəsarətlərlə canlarını qurtara bilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Bakı şəhəri qara heç vaxt hazır olmayıb: "Dünən yağan qar da bir daha göstərdi ki, aidiyyəti qurumlar belə havaya hazır deyil.
Qara tez təslim olurlar və vaxtında müdaxilə etmirlər. Bu qurumlar nə qədər gördükləri işdən şəkil çəksələr də, bir nöqtədə dayanıb şou göst
Mən qarın təmizləməsində iştirak edən vətəndaşlarımızın əziyyətini yerə vurmaq istəmirəm.
Dünən Kənar dairəvi yolu, avtovağzalın qarşısını qısa müddətdə buz bağladı.