Bakı Qazax magistralında ağır qəza: Ölən və yaralananlar var

26.10.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və maşında sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılır. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ağır yaralananlar var.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)


Bizim.Media
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью