Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib. Hhadisə Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Şamilsoy, Goranboy rayon sakinləri, 2006-cı il təvəllüdlü Aytac Bayramova, 1985-ci il təvəllüdlü Amilə Gülmalıyeva və 1953-cü il təvəllüdlü Füruzə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır.