Bakı Qazax magistralında qəza: Bir nəfər ağır yaralandı

10.10.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 111-ci kilometrliyində Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Cəfərov Asəf Yusif oğlunu vuraraq ağır yaralayıb.

Müxtəlif politravmalar alan piyada travmatik şok vəziyyətində Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью