Bakı Qazax yolu ilə gedib gələnlərə ŞAD XƏBƏR

12.11.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun asfalt örtüyü bərbad vəziyyətdədir.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, hazırda qeyd olunan avtomobil yolunun Bakı istiqamətində ayrı-ayrı hissələrində cari təmir işləri aparılır. Yolun istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə cari təmir tədbirlərinin digər hissələrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

"Bununla yanaşı, müvafiq investisiya proqramı çərçivəsində sözügedən avtomobil yolunun əsaslı təmirinin həyata keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd edilib.

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью