Bakı Qazax yolunda ağır QƏZA AVTOBUS AŞDI VİDEO

06.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakı-Qazax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Audi” markalı avtomobillə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə mikroavtobus aşıb və içərisindəki şəxslərdən bir neçəsi xəsarət alıb.

Sözügedən mikroavtobus vasitəsilə rayonlardan paytaxt istiqamətində sərnişin daşımasının həyata keçirildiyi bildirilir. (Plat.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью