Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakı-Qazax magistral yolunda avtomobil aşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1992-ci il təvəllüdlü A.Müslümanov, 1999-cu il təvəllüdlü E.Həmzəyev və 1987-ci il təvəllüdü Ş.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Göstərilən tibbi yardımlara baxmayaraq, A.Müslümanovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.