Bakı Qazax yolunda dəhşətli qəza Ölənlər var

26.11.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub.
Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью