Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15.08.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ucarda iki yük avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb.
Hadisə Bakı-Qazax magistralının Ramal kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, "KamAZ" və "Ford" markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər hadisə yerində həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ölən şəxslərin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisənin səbəbləri araşdırılır. (oxu.az)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью