Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
M2 indeksli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda eyni yol nişanları yanaşı şəkildə qoyulub.
Milli.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda layihə çərçivəsində yeni yol nişanlarının quraşdırılması işləri aparılır: "Bununla əlaqədar olaraq, sözügedən yol sahəsində mövcud köhnə yol nişanlarının mərhələli şəkildə sökülməsi təmin ediləcək".
Mina Mikayılova Milli.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.