Bakı Qazax yolunda QƏZA: Yaralananlar VAR

08.10.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındaki beton dirəyə çırpılıb.

Qəza zamanı sürücü və onun sərnişinləri müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.\

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью