Bakı Qazax yolunda qəza Yük maşını yoldan çıxdı VİDEO

17.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşınının sürücüsü idarəetmədən itirib və nəqliyyat vasitəsi yoldan çıxıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün önünə qəfil avtomobilin çıxması olub. Nəticədə baş verəcək qəzadan yayınmaq istəyən sürücü sükanı buraxıb. Hadisə zamanı xəsarət alan olmasa da yük maşınına maddi ziyan dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью