Bakı Qazax yolunda qəza: yük maşınları toqquşdu Foto

22.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakı-Qazax magistral avtomobil yolunda yol qəzası baş verib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə magistral avtomobil yolunun Şəmkir rayonunda keçən hissəsində baş verib.

Qəza zamanı Türkiyə vətəndaşının idarə etdiyi TIR markalı avtomobil "Şaqman" markalı maşınla toqquşub. Qəza zamanı TIR-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı, xəstəxanalardan birinə yerləşdirilib.

Xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью