Bakı Qazax yolunda sürücü “KIA”nı ayırıcı maneəyə çırpdı VİDEO

25.08.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yevlax-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza avqustun 25-də saat 08:00 radələrində Bakı-Qazax yolunun 223-ce kilometrliyində qeydə alınıb: “Belə ki, Cəfərov Yasir Yaqub oğlunun idarə etdiyi 90-GR-896 dövlət nömrə nişanlı “KIA Cerato” markalı avtomobil idarəetmədən çıxaraq ayrıcı maneəyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət almasa da nəqliyyat vasitəsinə maddi ziyan dəyib”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью