Bakı Qazax yolunda “TIR” “Shacman”a ÇIRPILDI Xəsarət alan var VİDEO

22.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı-Qazax yolunda iki yük maşınının iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, hadisə magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində baş verib.

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi “TIR” “Shacman” markalı maşına arxadan çırpılıb. Qəzada nəticəsində TIR-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью