Bakı Qazax yolunda velosipedçini maşın vurub öldürdü

04.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ucarda avtomobil velosipedçini vurub.

Modern.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.

Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil velosipedçini vurub. 40-45 yaşlarında olan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью