Bakı Qazax yolunda yarışan sürücülərdən biri dəhşətli qəza törədərək öldü REAL VİDEO

18.02.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakı-Qazax yolunun Sahil qəsəbəsindən keçən hissəsində baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 17-də saat 23:20 radələrində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, yüksək sürətlə yarışa çıxan sürücülər yol boyu bir-birini ötməyə çalışıblar. Bu zaman sürücülərdən biri idarəetməni anidən itirib. Belə ki, yoldan çıxan maşın bir neçə dəfə fırlanaraq aşıb. Qəza zamanı avtomobilin yararsız vəziyyətə düşdüyü və sürücünün öldüyü bildirilir. İddialara əsasən, digər sürücü hadisə yerindən yayınıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью