Bakı Qazax yolunda yük maşını alova büründü VİDEO

12.06.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxt istiqamətində hərəkətdə olan yük avtomobilində yanğın hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 11-də saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 364-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, Allahverdiyev Nurlan Natiq oğlunun idarə etdiyi 35-DQ-545 dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən, nəqliyyat vasitəsinin 35-ZA-095 dövlət nömrə nişanlı qoşqu hissəsində qəfil yanğın baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı qoşqu hissəsi yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью