Bakı Qazax yolunda yük maşını AŞDI VİDEO

05.08.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib:
"Hadisə bu gün saat 07:15-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci kilometrliyində qeydə alınıb. Saməddin Sübhü oğlu Əhədovun idarə etdiyi MAN markalı, 88-CH-016 dövlət nömrə nişanlı yük avtomobilində nasazlıq yarandığından sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücü yüngül dərəcəli xəsarət alıb". (Oxu.az)

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью