Bakı Qəbələ qatarına əlavə reyslər təyin edilir

10.03.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Modern.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.

Dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən bilet alın, bahar təravəti ilə görüşə hazırlaşın!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью