Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır: Ermənistan isə geri çəkilir, Zəngəzur dəh…
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rəsmi İrəvan hazırda ya Azərbaycanın bütün şərtlərini qəbul etməklə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir, ya da buna qarşı çıxaraq, Ermənistanın Cənubi Qafqazdakı geoiqtisadi layihələrdən kənarda qalması ilə barışmalıdır...
Paşinyan hakimiyyətinin müqaviməti Ermənistanı blokada vəziyyətinə məhkum buraxa bilər, kəskin regional geopolitik ziddiyyətlər şəraitində “erməni dövlətçiliyi”nin uzun müddət buna tab gətirə bilməyəcəyi isə qətiyyən şübhə doğurmur...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji proseslər artıq həlledici mərhələyə keçid etmiş kimi görünür.
Belə ki, bu regionun gələcək inkişaf istiqamətləri tədricən dəqiqləşməyə yönəlməkdədir.
İndi yaxın gələcək üçün Cənubi Qafqazda şəriksiz hegemonluğun konkret ünvanı da aydınlaşmaq üzrədir.
ABŞ, Avropa Birliyi və Fransa bu regionu öz təsir dairəsinə daxil etmək hədəflərindən uzaqlaşmış kimi görünür.
Çünki ABŞ və Qərb hazırda ən yaxşı halda, yalnız Ermənistana tam nəzarət etmək imkanlarına malikdir.
Tam oxu
Xəbəri oxu