Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir

09.10.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 09 oktyabr, AZƏRTAC

Son illərdə Azərbaycanın beynəlxalq və regional təşkilatlar çərçivəsində rolu və diplomatik fəallığı əhəmiyyətli dərəcədə artıb.

Ölkəmiz 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək, təşkilatın Zirvə görüşü Bakıda keçiriləcək. 2028-ci ildə isə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Azərbaycana keçəcək. Həmin ildə ölkəmizdə MDB Dövlət Başçıları Şurasının, həmçinin Avropa Siyasi Birliyinin Zirvə Görüşünun təşkil olunması da planlaşdırılır.

Azərbaycanın diplomatik gündəliyinin əsas xüsusiyyəti çoxvektorlu olmasıdır. Bakı eyni anda MDB məkanından Türk dünyasına, Mərkəzi Asiyadan İslam dünyasına və Avropaya qədər fərqli istiqamətlərdə əməkdaşlığı paralel şəkildə dərinləşdirir. Regional və beynəlxalq təşkilatlarda fəal iştirak, sədrlik missiyaları, Bakıda keçirilən mötəbər zirvə görüşləri və reallaşdırılan strateji əhəmiyyətli layihələr bu siyasətin konkret dividentləri kimi Azərbaycanın beynəlxalq sistemdəki mövqeyini daha da gücləndirir.

Daha ətraflı əməkdaşlarımızın hazırladıqları videomaterialda izləyə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью