Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .
İlkin məlumatlara görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.