Bakı Quba magistralında ağır qəza olub

02.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı–Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu məlumat verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə baş verib.

Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı, 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью