Bakı Quba magistralında avtomobil piyadanı vurdu VİDEO

24.07.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“23.07.2026-cı il tarixdə saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində “VAZ-11173″ markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada  hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırır.

Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər.

Hörmətli piyadalar!
Unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью