Bakı Quba Rusiya yolunda qəza olub, xəsarət alanlar var

05.04.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHNA) məlumat yayıb. Hadisə yerinə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Qəzada “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Ələsgərov İlham Yaqub oğlu və sərnişini 1983-cü il təvəllüdlü Şirinov Bəhruz Mikayıl oğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью