Bakı Quba yolunda ağır qəza Avtomobil körpüdən aşıb

30.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili əvvəlcə ərazidəki körpünün dayağına çırpılıb, daha sonra idarəetmədən çıxaraq körpüdən aşıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bakı-Quba yolunda ağır qəza - Avtomobil körpüdən aşıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью