Bakı Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb

15.02.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью