Bakı Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü

18.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Aprelin 18-də saat 12:20-də Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib".

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

Bildirilib ki, Fəzail Şadoğlan oğlu Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı, 99-BT-665 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış DAF markalı, 99-RR-219 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью