Bakı Quba yolunda avtomat silah tapıldı

10.10.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrliyində - yolun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən qəbiristanlıq ərazisində odlu silah və sursat aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, ərazidə keçirilən baxış zamanı 1964-cü il buraxılışlı 7,62 çaplı "AKM" markalı "Kalaşnikov" avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.(baku.ws)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью