Bakı Quba yolunda QƏZA: Avtomobil yararsız hala düşdü

23.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Quba magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-a verilən məlumata görə hadisə yolun Bakı istiqamətində qeydə alınıb.

Baş Dövlət Yol Polisi idarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ötən gün saat 20:20-də Bakı-Quba yolunun 107-ci kilometrliyində baş verib.

"90-HK-871 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsü Murad Zərbalı oğlu Həmidovun idarəetməni itirməsi nəticəsində baş verib. Yekunda avtomobil yoldakı arakəsməyə çırpılıb və yararsız hala düşüb.

Hadisə zamanı avtomobildə sərnişin olmayıb. Xəsarət və ya ölüm faktı qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью