Bakı Quba yolunda qəza “Mercedes” ayırıcı səddə çırpıldı VİDEO

23.05.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakı-Quba yolunun 107-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza mayın 22-də saat 20:20 radələrində qeydə alınıb: “Belə ki, Murad Həmidovun idarə etdiyi 90-HK-871 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ayırıcı səddə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib”. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью