Bakı Quba yolunda qəza olub, ölən var

18.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bakı-Quba yolunda qəza baş verib.

APA xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.

Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanmış Namiq Məhərrəmova məxsus “DAF” markalı yük avtomobilin qoşqusuna çırpılıb.

Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью