Bakı Quba yolunda qoşquda aparılan 5 “Toyota yanıb

03.03.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Siyəzən rayonunda, Bakı-Quba yolunda yanğın olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, yolda (ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью