Bakı Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb FOTO

10.04.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəza olub.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Xızı rayonu ərazisində baş verib.

99-YE-159 qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb, daha sonra radarı aşırıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qısa müddətdə Bakı-Quba yolu bağlanıb, sonradan nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью