Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində “Açıq qapı” günü təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə QHT nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhər sakinləri iştirak ediblər.
Qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, əlilliyi olan şəxslərə göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri barədə ətraflı məlumat əldə ediblər.
Görüşdə reabilitasiya sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin fikir, rəy və təklifləri dinlənilib.