Icma.az bildirir, Apa.az portalına istinadən. Ümumdünya Poçt İttifaqı və “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə 28-30 yanvarda Bakıda Avropa
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Azərbaycanın poçt ekosistemində innovasiyaları təşviq etmək öhdəliyi ilə keçirilən tədbirlər poçt nəqliyyatı seminarı və Elektron Qabaqcıl Məlumatlar üzrə təlimi əhatə edəcək.
Tədbirlərin məqsədi Avropa və MDB-dən olan poçt operatorlarını bir yerə toplamaqla müasir poçt sistemindəki çətinlik və imkanları müzakirə etmək, Elektron Qabaqcıl Məlumatlar və nəqliyyat logistikası, poçt təhlükəsizliyi funksiyaları ilə bağlı poçt işinin təşkili haqqında bilikləri bölüşməkdir.
Elektron Qabaqcıl Məlumatlar üzrə təlimlər zamanı Elektron ticarətə strateji yanaşma, Gömrük bəyannaməsi və Beynəlxalq poçt sistemləri üzrə alətlərin istifadəsi və inteqrasiyasına dair sessiyalar təşkil olunacaq, iştirakçı ölkələrin poçt operatorlarının fərdi ehtiyacları üzrə ikitərəfli görüşlər keçiriləcək.
Eyni zamanda regional nəqliyyat seminarında nəqliyyatla bağlı regional və milli nəqliyyat göstəriciləri, İT alətləri, kağızsız daşımaya keçid və regional nəqliyyat qovşaqlarının yaradılması kimi vacib məsələlər müzakirə ediləcək.
Seminarın önəmli məqamlarından biri də poçt operatorları arasında dialoqu təşviq edən panel müzakirəsidir.
Burada poçt konsolidasiyası və regional mərkəzlərin yaradılması üçün çətinliklərin həlli yolları araşdırılacaq.