Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Son zamanlar Bakının bəzi restoranlarında menyuya əlavə edilən qeyri-ənənəvi qidalar, xü
Sosial şəbəkələrdə və müxtəlif platformalarda, qurbağa ətinin yeyilməsinin İslam dininə uyğunluq baxımından halal olub-olmaması ilə bağlı su
Milli kulinariyamıza uyğun olmadığı üçün bu mövzu həm dini, həm mədəni, həm də sağlamlıq aspektindən fərqli dəyərləndirilir.
Məsələyə aydınlıq gətirən ilahiyyatçı Tural İrfan “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qurbağa ətinin yeyilməsi ilə bağlı İslam dinində, xüsusilə əsas mənbə olan Qurani-Kərimdə açıq şəkildə halal və ya haram olduğuna dair bir hökm yoxdur: “Sadəcə İslam Peyğəmbərinin (Allahın onlara salavat və salamı olsun) hədislərində qurbağanın öldürülməsinin qadağan edildiyi bildirilir.
Həmçinin bəzi digər heyvanlar da var ki, onların öldürülməsi də haram hesab olunur.
Tanınmış İslam alimləri bu məsələni belə şərh edirlər ki, əgər bir heyvanın öldürülməsi qadağandırsa, onun ətinin yeyilməsi də uyğun hesab edilmir.
Çünki bir heyvanın ətini yemək üçün onu əvvəlcə öldürmək lazımdır.
Digər tərəfdən, qurbağa əti İslam dünyasında yayılmış və ənənəvi bir qida növü deyil.