Bakı Sağlamlıq Mərkəzində müalicə alan Xalq artistinin SON DURUMU

31.10.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan musiqi sahəsində xüsusi yeri olan Elmira Allahverdi qızı Rəhimova Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

Modern.az-ın məlumatına görə, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib.

Mərkəzin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimovanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov pasiyenti ziyarət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью