Bakı sakini dava zamanı bıçaqlandı

11.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanaraq ağır vəziyyətə düşüb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.

Belə ki, 1976-ci il təvəllüdlü Elşad Yaqubov küçədə naməlum şəxsin hücumuna məruz qalaraq bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью