Bakı sakini dava zamanı bıçaqlanıb

11.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanaraq ağır vəziyyətə düşüb.

APA xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.

Belə ki, 1976-ci il təvəllüdlü Elşad Yaqubov küçədə naməlum şəxsin hücumuna məruz qalaraq bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью