Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib

26.01.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью