Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Tovuzda iki nəfər arasında yaranan mübahisə qanla nəticələnib.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Quliyev kəsici-deşici alətlə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və 32 yaşlı kişi dünyasını dəyişib.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu